Tehran, 2 Yanvar 2016 - Dünən Məhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiq (ə) doğum günü və “Vəhdət həftəsi” münasibətilə Tehranda keçirilən "Birlik" konfransının iştirakçıları “Məhəmməd Rəsulullah” filmini izləyiblər
IQNA -
Maide.az-a istinadla xəbər verir ki, Tehranda 29-cu Beynəlxalq
İslami Vəhdət konfransı dekabrın 27-də öz işinə
başlamışdı və bu gün konfransın bağlanış mərasimi
keçirilib.
`Məhəmməd Rəsulullah`
filmi bağlanış mərasimindən öncə
film konfrans iştirakçılarına nümayiş olunub.
Konfransda dünyanın müxtəlif ölkələrindən 500-dən çox alim, siyasətçi və yazarın iştirak etdiyi bildirilir.